AFFA hakimləri təhqir edən futbolçunu cəzalandırıb
- 10 noyabr, 2015
- 09:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 noyabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasında mübarizə aparan "Kəpəz" klubu 1000 manat cərimələyib. "Report"un məlumatına görə, cəzaya səbəb XII turda AZAL-la keçirilmiş oyunda Gəncə təmsilçisinin 4 futbolçusunun sarı vərəqə almasıdır.
I Divizionda VIII turun MOİK – "Bakılı" matçının 54-cü dəqiqəsində qonaqların futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılmasından sonra hakimlər briqadasını təhqir edib. Nəticədə futbolçuya 4 oyunluq cəza verilib və klubu 400 manat ziyana düşüb. Oyunun 79-cu dəqiqəsində MOİK-in baş məşqçisi Adilov Şamil texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb və klub 100 manat cərimələnib.
Meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.