AFFA Hakimlər Komitəsinə türkiyəli sədr təyin olunub
- 15 iyul, 2022
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA Hakimlər Komitəsinə yeni sədr təyin olunub.
"Report"un məlumatına görə, bu barədə qərar milli assosiasiyanın İcraiyyə Komitəsinin onlayn iclasında qəbul olunub.
Qərara əsasən, türkiyəli mütəxəssis Barış Şimşeklə 2 il müddətinə müqavilə bağlanılıb. O, yeni vəzifədə avstriyalı Frits Ştuxliki əvəzləyib.
Qeyd edək ki, 9 aprel 1976-cı ildə anadan olmuş Barış Şimşek 1993 - 2000-ci illərdə Trabzondakı Qaradəniz Texniki Universitetində “Mülki inşaat”, 2001-2004-cü illərdə isə həmin universitetdə “Biznesin idarə olunması” (Masters Degree) ixtisasları üzrə ali təhsil alıb.
2006 - 2009-cu illər ərzində Türkiyə Futbol Federasiyasının (TFF) Trabzon üzrə regional hakimi, 2006-2019-cu illər dövründə TFF-nin elit hakimi, 2013-2015-ci illər aralığında FIFA referisi kimi fəaliyyət göstərib.
Türkiyə Premyer Liqasında 200-dən, beynəlxalq turnirlərdə isə 100-dən artıq oyunda hakimlik edib. Xüsusilə, UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Avropa çempionatının oyunlarına təyinat alıb (baş hakim, baş hakimin əlavə köməkçisi, 4-cü hakim).
2019-cu ildən etibarən TFF-nin Hakim İşləri Müdirliyinə rəhbər və TFF-nin VAR layihəsinə koordinator təyin olunub.
Beynəlxalq təyinatları (baş hakimin əlavə köməkçisi)
2013 – Aralıq dənizi oyunları, Mersin
2014 – UEFA Avropa Liqası, yarımfinal. Lissabon
2015 – UEFA Çempionlar Liqası, final. Berlin
2016 – Avropa çempionatı, final mərhələsi. Fransa
2016 – UEFA Çempionlar Liqası, yarımfinal. Mançester
2016 – UEFA Çempionlar Liqası, yarımfinal. Madrid
2017 – UEFA Çempionlar Liqası, yarımfinal. Madrid
Kurslar
2012 – UEFA-nın hakimliyə giriş kursu. Nyon. Referi
2013 – UEFA-nın yeni beynəlxalq hakimlər kursu. Roma. Referi
2013 – UEFA-nın konsolidasiya kursu. Nyon. Referi
2014 – UEFA-nın 1-ci əlavə hakim köməkçisi kursu. Nyon. Əlavə hakim köməkçisi
2019 – UEFA-nın 27-ci Advanced kursu. Lissabon. VAR
2019 – UEFA-nın 4-cü VAR kursu. Malaqa. VAR
2019 – UEFA-nın 8-ci VAR kursu. İstanbul. VAR təlimatçısı
2019 – UEFA-nın 9-cu VAR kursu. İstanbul. VAR təlimatçısı
2019 – UEFA-nın 10-cu VAR kursu. İstanbul. VAR təlimatçısı