AFFA "Xəzər Lənkəran"ın futbolçusunu 4 oyunluq diskvalifikasiya edib
Futbol
- 23 aprel, 2019
- 09:06
AFFA İntizam Komitəsi aşağı liqalarda keçirilmiş matçlardakı qeyri-etik davranışlara görə cəzaları açıqlayıb.
"Report"un məlumatına görə, U-17 Liqasında "Xəzər Lənkəran"ın futbolçusu Ayaz Məmmədli "Mil-Muğan"la matçın 65-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdikdən sonra meydandan qovulub. Bu səbəbdən, oyunçuya 4 matçlıq cəza kəsilib. 67-ci dəqiqədə isə komandanın digər üzvü Rəvan Quluzadə aqressiv davranışına görə meydandan qovulub və iki oyunluq cəzaya məruz qalıb.
U-15 Liqasındakı "Gəncə" TİM-in futbolçusu Namiq Qocayev rəqibini təhqir etdikdən sonra meydandan qovulub və ona 2 oyunluq cəza verilib. 70+1-ci dəqiqədə isə "Zaqatala"dan Zübair Əliyev ikinci sarı vərəqəni alaraq oyundan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza alıb.
Son xəbərlər
03:47
Hindistan raketi Yerin məsafədən zondlanması peykini orbitə çıxarıb
Digər ölkələr03:21
Kats: İsrail hücum halında İranın enerji infrastrukturuna zərbə endirəcək
Digər ölkələr02:58
"Bloomberg": BVF Venesuelada nümayəndəlik açmaq imkanını nəzərdən keçirir
Digər ölkələr02:26
FIFA UEFA-nı böhtan kampaniyasında ittiham edib
Futbol01:44
Astanada türk dünyasının ortaq gələcəyinə dair müzakirə təşkil olunacaq
Region01:07
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
Region00:55
Tramp ABŞ-nin tezliklə İran üzərində qələbə qazanacağını bəyan edib
Digər ölkələr00:13
Almaniyada ilin əvvəlindən 165-dən çox təxribat halı qeydə alınıb
Digər ölkələr23:58