ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino: "Futbolçular böyük tərifə layiqdirlər"
- 13 iyun, 2026
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ millisinin futbolçuları və məşqçilər heyəti yaxşı oyuna görə böyük tərifə layiqdirlər.
"Report"un məlumatına görə, bunu komandanın baş məşqçisi Maurisio Poçettino deyib.
54 yaşlı mütəxəssis Paraqvayı 4:1 hesabı ilə məğlub etdikləri dünya çempionatının qrup mərhələsinin I turunun matçı ilə bağlı fikirlərini bölüşüb:
"Çox qürur duyuram. Futbolçular və məşqçilər heyəti belə oyuna görə böyük tərifə layiqdirlər. Bu, yalnız başlanğıcdır. Hələ heç nə etməmişik. Sadəcə, ilk görüşdə qalib gəlmişik. Ağıllı olmalı və bu istiqamətdə davam etməliyik".
M.Poçettinonun sözlərinə görə, böyük turnirlərdə birinci qarşılaşmalar çətin keçir:
"Dünya çempionatına ev sahibliyi edən komandadan gözləntilər də yüksək olur. Amma biz təzyiqin öhdəsindən gələ bildik. Qarşılaşmanın ilk 45 dəqiqəsi inanılmaz idi. Bu səviyyədə oynayan komanda tapmaq çətindir. Mən çox xoşbəxtəm və qürur duyuram".
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.