ABŞ-ın Milli Futbol Liqasının sabiq oyunçusu güllələnib
Futbol
- 07 iyun, 2020
- 22:59
Donald Kolduell
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Futbol Liqasının (NFL) sabiq oyunçusu Riçard Kolduell ABŞ-ın Florida ştatındakı Tampa ştatında güllələnib.
"Report"un məlumatına görə, bu barədə 41 yaşlı idmançının sevgilisi TMZ-yə açıqlama verib. O, Kolduellin kolluqdan çıxan iki nəfərin mühasirəsinə düşdüyünü bildirib. Silahlılar keçmiş futbolçunun əlinə və ürəyinə atəş açıblar. Yara o qədər ağır olub ki, idmançı xəstəxanaya aparılarkən təcili yardım maşınında keçinib.
Qeyd edək ki, Riçi Kolduell 2002-ci ildə NFL draftında ikinci raundda seçilib. O, Liqada "San Dieqo Çarcers" (hazırda "Los-Anceles Çarcers"), "Nyu-İnqlend Petriots", "Vaşinqton Redskinz" və "Sent-Luis Rems" (hazırda "Los-Anceles Rems") klublarının formasını geyinib.
Son xəbərlər
03:57
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
Digər ölkələr
03:22
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Futbol
02:45
ABŞ-də məsciddə atışma olub, ölən və yaralanan var
Digər ölkələr
02:11
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Digər ölkələr
01:44
Foto
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
01:27
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Digər ölkələr
00:48
FT: Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
Digər ölkələr
00:10
Fransada iğtişaşlar zamanı 2,5 mindən çox adam saxlanılıb
Digər ölkələr
00:00
Zəngilanın azad edilməsindən 6 il ötür
Daxili siyasət