Abdullah Zubir "Qarabağ"da 200-cü oyununu keçirib
Futbol
- 03 aprel, 2023
- 05:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Abdullah Zubir “Qarabağ”da 200-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXVIII turuna təsadüf edib.
“Şamaxı” ilə səfər matçına (1:0) start heyətdə çıxan legioner 90 dəqiqə meydanda olub.
Zubir Ağdam klubunda keçirdiyi 200 oyunda 42 qol vurub. O, Premyer Liqada 118 (31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) görüşdə şans qazanıb.
Qeyd edək ki, yarımmüdafiəçi 2018/19 mövsümündən “Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib.
Son xəbərlər
02:06
Bessent Avropanı ehtiyatlardan neft tədarükünü sürətləndirməyə çağırıb
Digər ölkələr01:45
Almaniyada İŞİD-çi saxlanılıb
Digər ölkələr01:20
Fransada kütləvi etirazlara görə yüzlərlə lisey onlayn təhsilə keçəcək
Digər ölkələr00:56
Putin: Azərbaycan Şimal-Cənub dəhlizinin reallaşdırılmasını dəstəkləyir
Region00:45
UEFA Millətlər Liqası: Almaniya Serbiyanı, Niderland Yunanıstanı sınağa çəkib
Futbol00:26
Eritreya Efiopiya ilə diplomatik əlaqələri kəsib
Digər ölkələr00:13
Tramp Polşada ABŞ hərbi bazasının yaradıla biləcəyini açıqlayıb
Digər ölkələr23:50
ABŞ-nin energetika naziri: Dizel bazarında vəziyyət gərgin olaraq qalır
Digər ölkələr23:36