Abbosbek Fayzullayev XXI əsrdə dünya çempionatlarında başla qol vuran ən bəstəboy futbolçu olub
Futbol
- 18 iyun, 2026
- 12:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistan millisinin üzvü Abbosbek Fayzullayev XXI əsrdə dünya çempionatında başla qol vuran ən bəstəboy futbolçu olub.
"Report" xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bunu DÇ-2026-nın K qrupunun I turunda baş tutan Kolumbiya ilə oyunda bacarıb.
Türkiyənin "Başakşəhər" klubuna məxsus olan oyunçunun boyu 167 sm-dir.
Əvvəlki rekord 2022-ci ildə baş tutan mundialda Qanaya qol vuran uruqvaylı Corcian de Arraskaetaya (173 sm) məxsus olub.
Xatırladaq ki, Özbəkistan millisi Kolumbiyaya 1:3 hesabı ilə uduzub. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
Son xəbərlər
10:39
DSMF: Oktyabrda 152 min nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb
Maliyyə
10:32
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Region
10:30
"Qarabağ" komandası 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç-heçə edib
Futbol
10:29
Qazaxıstan Atırau-Samara kəməri ilə neft nəqlini bərpa edib
Energetika
10:27
Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
Energetika
10:25
Azərbaycanda "Quşçuluq qrupu" fəaliyyətə başlayıb
ASK
10:24
Gürcüstandan Azərbaycana 433 mobil telefonun keçirilməsinin qarşısı alınıb
Biznes
10:23
Hindistan gəmisi Oman sahillərində hücuma məruz qalıb, 1 heyət üzvü həlak olub
Digər ölkələr
10:17
AMB "Mobile Payment Solutions"a icrası məcburi göstərişlər verib
Maliyyə