Dördqat dünya çempionu bahalı avtomobil aldı
Futbol
- 02 sentyabr, 2020
- 16:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Formula 1" üzrə 4 qat dünya çempionu Sebastyan Fettel lüks bolid alıb.
"Report" xəbər verir ki, almaniyalı sürücü bu barədə "Bild" nəşrinə açıqlamasında deyib.
O, "Williams" komandasının əfsanəvi pilotu Naycel Mensellin idarə etdiyi bolidə sahib olub.
Mensell 1992-ci ildə həmin bolidlə çempion olub. "Williams" bu avtomobillərdən 6-nı bir araya gətirib və onlardan biri 2019-cu ildə hərracda 3 milyon ABŞ dollarına satılıb: "Bu, dəyərli boliddir və mənim kimi beşinci nömrəyə sahibdir", - Fettel bildirib.
Qeyd edək ki, hazırda "Ferrari"də çıxış edən Sebastyan Fettel karyerası ilə bağlı qərarını verməyib. Onun müqaviləsi ilin sonunda başa çatacaq. Fettelin "Racing Point"lə müqavilə imzalayacağı iddia edilir.
Son xəbərlər
11:36
Video
Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx
İnfrastruktur
11:33
Foto
Zəfər Gününün 6-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
Daxili siyasət
11:30
Foto
ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirilib
Maliyyə
11:29
Dehli dünyanın ən çox çirklənmiş iri şəhərlərinin reytinqinə liderlik edib
Digər ölkələr
11:25
Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Biznes
11:25
Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Region
11:13
Foto
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
Daxili siyasət
11:09
Foto
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
Elm və təhsil
11:02
NTD basketbol klubu Hüseyn Məmmədovu transfer edib
Komanda