21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib

Futbol
  • 14 sentyabr, 2017
  • 07:26
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib

Bakı. 14 sentyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlar üçün baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Ələkbərova həvalə olunub. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar Məşqçilər Komitəsinin təklifinə əsasəna qəbul olunub. Yeni baş məşqçi isə bu müddət üçün Aslan Kərimov və Cahangir Həsənzadəni özünə köməkçi-məşqçi təyin edib. 

Qeyd edək ki, Samir Ələkbərov yeni vəzifədə ilk iki oyunda İsrail və İrlandiyaya 1:3 hesablı məğlubiyyyətlərdən sonra istefaya göndərilmiş Yaşar Vahabzadəni əvəzləyib. Azərbaycan millisi ilin sonunadək oktyabrın 6-da Almaniya ilə səfərdə, noyabrın 9-da evdə qarşılaşacaq. Noyabrın 14-də isə Kosovo millisi ilə Bakıda görüş nəzərdə tutulub.