​2022-ci ildə keçiriləcək dünya çempionatı tez başa çatacaq

Futbol
  • 25 fevral, 2015
  • 13:08
​2022-ci ildə keçiriləcək dünya çempionatı tez başa çatacaq

Bakı. 25 fevral. REPORT.AZ/ 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı (DÇ) əvvəlki turnirlərdən 4 gün tez başa çatacaq. "Report"un məlumatına görə, bu barədə FİFA-nın baş katibi Jerom Valke bildirib.

Onun sözlərinə görə, çempionat 28 gün davam edəcək.

Qeyd edək ki, noyabrın 26-da start götürəcək DÇ-2022 dekabrın 23-də başa çatacaq.