“McLaren”in pilotu: “Bakıdakı sprint yarışı əyləncəli olacaq”
Formula 1
- 20 aprel, 2023
- 07:01
“Bakıdakı sprint yarışı əyləncəli olacaq”.
“Report” xəbər verir ki, bunu “McLaren”in pilotu Oskar Pyastri “Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran Prisi barədə danışarkən deyib.
O, ilk dəfə Bakıda təşkil olunacaq sprint yarışının davamlı keçirilməsinin tərəfdarı olduğunu bildirib: “Az məşq etmək həyatımı heç də asanlaşdırmır. Ancaq trekdə vəziyyət hamı üçün eynidir. Buna görə də, sprint yarışı narahatlıq yaratmır. Bu planı davam etdirsələr, daha yaxşı olar. Məlum məsələdir ki, sprint yarışında heç kim çox risk etmək istəmir. Bu, bir az F2-yə bənzəyir”.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində keçiriləcək. Aprelin 29-da sprint yarışı olacaq.
Son xəbərlər
09:32
Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
Energetika09:31
Ağcəbədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Hadisə09:27
Yevlaxda 91 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb
Hadisə09:26
Lionel Messi karyerasında 49-cu titulunu qazanıb
Futbol09:12
UEFA Avropa Liqası: "Beşiktaş" bu gün "Marsel"i qəbul edəcək
Futbol09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.09.2026)
Maliyyə09:03
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.09.2026)
Maliyyə09:01
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
Futbol09:00