"Formula 1": Daha altı pilot sıralama turunda mübarizəni dayandırıb - YENİLƏNİB-2
- 25 sentyabr, 2026
- 16:58
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda ikinci mərhələ başa çatıb.
"Report"un məlumatına görə, daha altı pilot mübarizəni dayandırıb.
Bunlar Kimmi Antonelli, Arvid Lindblad, Esteban Okon, Aleksandr Albon, Liam Louson və Oliver Bermandır.
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunun birinci mərhələsi başa çatıb.
"Report"un məlumatına görə, ilk nəticələrə əsasən, altı sürücü mübarizəni dayandırıb.
Bunlar Valtteri Bottas, Lens Stroll, Serxio Peres, Fernando Alonso, Niko Hülkenberq, Qabriel Bortoletodur.
Hazırda sıralama turunun ikinci mərhələsi keçirilir.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da baş tutacaq.
"Mersedes" pilotu Kimi Antonelli "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
"Report"un məlumatına görə, o, sıralama turunda buna məruz qalıb.
Sürücü bolidini kənarda saxlayıb və yarışı izləyir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.