"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub

Formula 1
  • 23 sentyabr, 2026
  • 16:18
Formula 1 üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ərəfəsində yarış üçün bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub.

"Report"un məlumatına görə, sürət həvəskarları komandaların bokslarını yaxından görmək fürsəti əldə ediblər.

Müxtəlif ölkələrdən gələn fanatlar Bakı trekində öz sevimli komandalarını və pilotlarını görməyə can atıblar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da gerçəkləşəcək.