“Formula 1”: “Red Bull” Serxio Peresin yerinə pilot axtarır
Formula 1
- 25 sentyabr, 2023
- 13:46
“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Red Bull" Serxio Peresin yerinə pilot axtarır.
“Report” xəbər verir ki, Avstriya komandasının rəhbəri Kristian Horner artıq bir namizədlərinin olduğunu açıqlayıb.
O, 2024-cü ilin sonunda meksikalı sürücü ilə yollarını ayıracaqlarını istisna etməyib: “Red Bull”a iki ən yaxşı sürücü lazımdır. Maks Ferstappenlə uzunmüddətli müqaviləmiz var. Peresin sözləşməsinin müddəti 2024-cü ilin sonunda başa çatır. O, hazırda çətin vəziyyətdədir. İzləyəcəyimiz pilotlardan biri Liam Louson olacaq”.
Qeyd edək ki, Serxio Peres hazırda 223 xalla pilotların yarışında ikinci sırada qərarlaşıb. O, yalnız komanda yoldaşı Maks Ferstappendən (400 xal) geri qalır.
Son xəbərlər
13:23
Azərbaycan İsveçrə ilə iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib
Biznes13:21
Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
Region13:18
Özbəkistanda dəyəri 4 milyard dollardan çox olan 120 layihə həyata keçiriləcək
Region13:14
Azərbaycanın turizm xidmətləri balansında I yarımildə 47 milyon dollarlıq profisit yaranıb
Maliyyə13:14
AQP: Avqustda avtomobillərin median qiyməti 17 min manata yaxın olub
Biznes13:11
Foto
Bakıda Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın bölmə iclasları keçirilib
Din13:10
"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib
Futbol13:09
Foto
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Xarici siyasət13:07