“Formula 1”: Fernando Alonso Azərbaycan Qran Prisi ərəfəsində müqaviləsini yeniləyəcək
Formula 1
- 15 aprel, 2023
- 12:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Aston Martin” komandasının pilotu Fernando Alonso “Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran Prisi ərəfəsində müqaviləsini yeniləyəcək.
“Report”un “formula1news.co.uk” saytına istinadən məlumatına görə, 42 yaşlı idmançının son vaxtlardakı yüksəlişi rəhbərliyi bu addıma əl atmağa vadar edib.
Mövsümün ilk üç mərhələsində finişə üçüncü pillədə çatan ispaniyalının yaşının çoxluğuna baxmayaraq, onun 2024-cü ilə qədər olan sözləşməsinin ən azı daha bir il müddətinə uzadılması ilə bağlı tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir. “Aston Martin” rəhbərliyi Alonsonun çempion olacağına inanır.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi 28-30 aprel tarixlərində keçiriləcək.
Son xəbərlər
22:25
Rumıniyada Dunayın dayazlaşması AES-in soyudulması ilə bağlı təhlükə yaradıb
Digər ölkələr22:13
Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşib
Formula 121:51
SEPAH: Hörmüz boğazında üçüncü neft tankeri minaya düşüb
Region21:36
Foto
Video
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
Hadisə21:35
Video
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyatda 59 nəfər saxlanılıb
Region21:15
"Tasnim": ABŞ-nin hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşıb
Region21:02
İran ABŞ-nin şərtlərinə cavab verib
Region20:54
Bolqarıstanda bir əsrlik temperatur rekordu yenilənib
Digər ölkələr20:48