"Formula 1": Bakıda Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyət göstərir
- 15 sentyabr, 2025
- 15:45
Yeniliklərdən dərhal xəbərdar olun!
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin startından əvvəl Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyət göstərir.
"Report"un mulumatına görə, yarışa hazırlıqlar plana uyğun davam edir.
Azərbaycan Qran-prisinin təşkilinə cəlb olunacaq əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri akkreditasiya vəsiqələri və uniformalarını Milli Gimnastika Arenasındakı mərkəzdən əldə edə bilərlər.
Uniforma və Akkreditasiya Mərkəzinə 140-dan çox könüllü cəlb edilib. Mərkəz fəaliyyət göstərdiyi müddətdə onlar qeydiyyat, akkreditasiya vəsiqələrinin hazırlanması, uniformaların verilməsi və sair rişləri yerinə yetirəcəklər.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.