Conni Herbert: Ferstappen Bakı küçələrində Montsadakı uğurunu təkrarlaya bilər

Formula 1
  • 15 sentyabr, 2025
  • 12:52
Conni Herbert: Ferstappen Bakı küçələrində Montsadakı uğurunu təkrarlaya bilər

"Formula-1"in keçmiş pilotu Conni Herbert əmindir ki, Maks Ferstappen qarşıdan gələn Azərbaycan Qran-prisinin əsas favoritlərindən biri olacaq.

"Report" xəbər verir ki, ekspertin fikrincə, Bakı şəhər trassının xüsusiyyətləri və "Red Bull"un güclü tərəfləri sayəsində Ferstappeni izləmək maraqlı olacaq.

"Tarixən "Red Bull" Bakıda həmişə yaxşı çıxış edib və Maksın bunu təkrarlayacağını gözləmək olar. Bu, bir qədər Montsaya bənzəyir, lakin 90 dərəcəli döngələrin sayı daha çoxdur", - C.Herbert "Racing Tipster" portalına bildirib.

Ferstappen 2022-ci ildə Bakıda qalib gəlib. Bu trasda iki qələbəsi olan yeganə pilot isə onun keçmiş komanda yoldaşı Serxio Peresdir (2021, 2023).

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-də Bakıda keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti