Avstraliyalı pilot: "Azərbaycan Qran-prisi ən sevimli yarışlarımdan biridir"

Formula 1
  • 16 sentyabr, 2025
  • 13:53
Avstraliyalı pilot: Azərbaycan Qran-prisi ən sevimli yarışlarımdan biridir

"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri Bakı şəhər trassındakı yarışı "Formula 1" təqvimində ən sevimli yarışlardan biri hesab etdiyini bildirib.

Bu barədə "Report" "RacingNews365" nəşrinə istinadən məlumat verir.

2024-cü ildə avstraliyalı pilot Azərbaycan Qran-prisinin qalibi olub. "Ferrari"dən monakolu Şarl Lekler ikinci, "Mercedes"dən britaniyalı Corc Rassel isə üçüncü yeri tutub.

"Bakı haqqında inanılmaz dərəcədə xoş xatirələrim var. Bu yarışı ən sevimli yarışlarımdan biri hesab edirəm. Böyük uğur qazandığın trasa qayıdanda, həmişə üstünlüyə malik olursan", - 24 yaşlı pilot Azərbaycan Qran-prisi ərəfəsində bildirib.

Müasir "Formula 1"də ən perspektivli gənc istedadlardan biri hesab edilən Piastri qarşıdan gələn mərhələ ilə bağlı ambisiyalarını gizlətmir. O, Azərbaycan Qran-prisində ardıcıl ikinci qələbəyə hədəflənib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti