Zaqatalada cüdo üzrə Şimal-Qərb regional birinciliyi start götürüb

Fərdi
  • 07 oktyabr, 2017
  • 12:34
Zaqatalada cüdo üzrə Şimal-Qərb regional birinciliyi start götürüb
Judo.az

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yeniyetmələr arasında region birinciliyi davam edir.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu dəfə zona yarışı Zaqatalada baş tutub. 

Şimal -Qərb bölgə çempionatında Qax, Zaqatala, Şəki, Balakən və Mingəçevir şəhərinin 200-dən çox yeniyetmə cüdoçusu mübarizə aparır. İlk gün 2004-2006-cı il təvəllüdlü 100 cüdoçu medallar uğrunda yarışıb. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar, hədiyyələr təqdim olunub.