Zaqatalada 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçiriləcək

Fərdi
  • 14 iyul, 2026
  • 16:50
Zaqatalada 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçiriləcək

Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Zaqatala Olimpiya-İdman Kompleksində təşkil olunacaq yarışın baş hakimi Azər İbrahimov olacaq. Respublika Şahmat Olimpiadası avqustun 3-11-i aralığında baş tutacaq.