Yeni Zelandiyadan olan MMA döyüşçüsü ölü tapılıb
Fərdi
- 02 yanvar, 2025
- 12:02
Yeni Zelandiyadan olan MMA döyüşçüsü Hakaraiya Uilson yanvarın 1-də gecə ölü tapılıb.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, 26 yaşlı idmançının cəsədi Yeni Zelandiyanın Qisborn şəhərində aşkarlanıb.
H.Uilsonun "Rhythm and Vines" musiqi festivalına gəldiyi bildirilir. Ölümün səbəbləri dəqiqləşdirilməyib, lakin hüquq-mühafizə orqanları tərəfindən onun üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. T.Uilson karyerasına 2020-ci ildə başlayıb. Bu müddət ərzində dörd döyüş keçirib və bunların üçündə qələbə qazanıb.
Qeyd edək ki, o, sonuncu dəfə oktaqona 2024-cü ilin oktyabrında "Canggu Fight Night 32" turnirində çıxıb və Filippindən olan Mark Alkobaya qalib gəlib.
Son xəbərlər
07:48
"Barselona" "Atletiko"nun Alvareslə bağlı sərt açıqlamalarına cavab verib
Futbol07:22
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
Digər ölkələr06:51
Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb
Digər ölkələr06:12
Avropa MTG-I2 meteoroloji peykini "Ariane 6" raketi ilə kosmosa göndərib
Digər ölkələr05:28
İlin son Ay tutulması başlayıb
Elm və təhsil05:26
Türkiyədə fermada 15 işçi qazdan zəhərlənib
Region05:03
MKİ direktoru Trampın göstərişi ilə Moskvada gizli görüş keçirib
Digər ölkələr04:48
İsveçrə ordusunu pilotsuz təyyarələr batalyonu ilə gücləndirəcək
Digər ölkələr04:13