Yanğın zamanı olimpiadada qazandığı medalları itirən idmançının mükafatları bərpa olunub

Fərdi
  • 05 may, 2025
  • 16:37
Yanğın zamanı olimpiadada qazandığı medalları itirən idmançının mükafatları bərpa olunub
Qeri Holl

Beynəlxalq Olimpiya Komitəsi (BOK) amerikalı üzgüçü Qeri Hollun yanğın zamanı itirdiyi 10 ədəd olimpiada medalını bərpa edib.

"Report" xəbər verir ki, mükafalar idmançıya BOK-un İsveçrənin Lozanna şəhərindəki mənzil-qərargahında qurum rəhbəri Tomas Bax tərəfindən təqdim olunub.

İdmançı yanvarda Kaliforniyada güclü yanğınlar zamanı evini, medallarını və bir çox şəxsi əşyalarını itirib.

Qeyd edək ki, Q.Holl 1996-cı ildə Atlantada (ABŞ) iki qızıl, iki gümüş, 2000-ci ildə Sidneydə (Avstraliya) keçirilən olimpiadada iki qızıl, bir gümüş və bir bürünc, 2004-cü ildə Afinada (Yunanıstan) baş tutan analoji yarışda daha bir qızıl və bürünc medal əldə edib.