Xetaq Qazyumov: "İslamiadada qızıl medal qazanılması Azərbaycan güləş ictimaiyyətini sevindirir"
- 21 noyabr, 2025
- 19:11
İslamiadada qızıl medal qazanılması Azərbaycan güləş ictimaiyyətini sevindirir.
"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında müxtəlif əyarlı medallar qazanan Azərbaycanın sərbəst güləş millisinin baş məşqçisi Xetaq Qazyumov jurnalistlərə açıqlamasında deyib.
O, əldə olunan nəticələri uğurlu hesab etdiklərini bildirib:
"Bu il güləşçilərimiz üçün ağır keçdi. İslam Bazarqanovdan qızıl medal gözləyirdik təəssüf ki, alınmadı. Lakin ümumilikdə idmançılarımızdan qızıl medal əldə edən oldu. Bu, sevindirici haldır. Arseniy Djioyevin iranlı rəqibi ilə görüşü çətin keçdi. Lakin o, sübut etdi ki, öz çəkisinin lideridir. Bizə yaratdıqları şəraitə görə Milli Olimpiya Komitəsinə və Gənclər və İdman Nazirliyinə öz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, İslamiadanın son günündə sərbəst güləşçilərdən Arseniy Djioyev (86 kq) qızıl, Ağanəzər Novruzov (74 kq) gümüş, Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.