Xetaq Qazyumov: "Azərbaycanın sərbəst güləş yığması dünya çempionatında uğur qazanmağı hədəfləyir"
- 27 aprel, 2026
- 22:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın sərbəst güləş yığması dünya çempionatında uğurlu çıxış etmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov bildirib.
Onun sözlərinə görə, Tiranada keçirilən Avropa çempionatında qazanılan qələbə komandanın əlaqələndirilmiş səylərinin nəticəsi olub.
"Komanda yarışında Avropa çempionu olduğumuz üçün çox xoşbəxtik və qürur duyuruq. Bu, bizim yaxşı əlaqələndirilmiş komanda işinin nəticəsidir. Diqqət və dəstəyə görə Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə minnətdarlığımı bildirirəm", - o qeyd edib.
X.Qazyumov əlavə edib ki, komanda əldə etdiyi uğurlarla kifayətlənmək niyyətində deyil və tezliklə növbəti turnirin hazırlığına başlayacaq.
"Bu nəticə ilə kifayətlənməyəcəyik. Yaxın günlərdə istirahət edib mövsümün ən vacib tədbiri olan dünya çempionatına ciddi hazırlaşacağıq. Azarkeşləri bir daha sevindirməyə çalışacağıq", - X.Qazyumov bildirib.