WADA Bakıda keçiriləcək Regional Simpoziumla bağlı paylaşım edib
Fərdi
- 11 fevral, 2026
- 14:49
Ümumdünya Antidopinq Agentliyi (WADA) martın 18-19-da Bakıda keçiriləcək Avropa üzrə Regional Simpoziumla bağlı rəsmi dəvət xarakterli paylaşım edib.
"Report" AMADA-ya istinadən xəbər verir ki, sözügedən video qurumun rəsmi sosial media kanallarında və internet səhifəsində yayımlanıb.
Videoda çıxış edən AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə tədbirin əhəmiyyəti, əsas məqsədləri və antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Bakı simpoziumunun Avropa regionu üçün strateji platforma olduğunu diqqətə çatdırıb.
Bu paylaşım WADA-nın simpoziuma verdiyi önəmi və qlobal antidopinq ictimaiyyətini tədbirə cəlb etmək istiqamətində apardığı fəal məlumatlandırma fəaliyyətini nümayiş etdirir.
Son xəbərlər
13:25
"Pafos"da ilk qolunu vuran Murad Məmmədov: "Əlimizdən gələn hər şeyi etdik"
Futbol13:16
Foto
Göyçayda üç minik avtomobili toqquşub, xəsarət alanlar var
Hadisə13:15
Azərbaycan gimnastı Fidan Qurbanlı dünya çempionatında çıxış edib
Fərdi13:09
Seymur Səfərli: Əsas məqsəd ölkədə intensiv meyvə bağları sahələrinin 20 min hektara çatdırılmasıdır
ASK13:09
Gömrük statistikası məlumatları Kənd Təsərrüfatı Nazirliyinə də veriləcək
Biznes13:06
Brovdi: Son 13 gündə Rusiyanın 240 enerji qovşağına zərbələr endirmişik
Digər ölkələr13:04
"Qarabağ"a tanış rəqib "Tvente": Niderlandın şərqindən gələn təhlükə - TANITMA
Futbol13:01
Bir sıra qanunlar "Toxumçuluq haqqında" qanuna uyğunlaşdırılıb
ASK13:00
Foto