Vüqar Həşimov Memorialı: Şahmatçılar blits növündə mübarizə aparacaqlar
- 22 dekabr, 2021
- 06:33
Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti oyunlar baş tutacaq.
"Report"un məlumatına görə, qrossmeysterlər yarışın son iki günündə blits növündə mübarizə aparacaqlar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ilk turda çexiyalı David Navara ilə, Rauf Məmmədov hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək. Vüqar Əsədli isə ABŞ-dan olan Fabiano Karuananın müqavimətini qırmağa çalışacaq.
Bu gün ümumilikdə 7 tur oynanılacaq:
I tur
David Navara (Çexiya) - Şəhriyar Məmmədyarov
Vişvanatan Anand (Hindistan) - Rauf Məmmədov
Fabiano Karuana (ABŞ) - Vüqar Əsədli
Sergey Karyakin (Rusiya) - Riçard Rapport (Macarıstan)
Qeyd edək ki, rapid növündəki yarışlardan sonra hazırda 16 xala malik olan Rabbort və Karyakin ilk iki pilləni bölüşür. Məmmədyarov və Karuana 14 xalla 3-4-cü yerlərdə qərarlaşıb. Məmmədov 9 xalla 5-ci, Navara 8 xalla 6-cı, Əsədli 4 xalla 7-ci, Anand isə 3 xalla sonuncu - 8-ci sıradadır. Vüqar Həşimov Memorialına dekabrın 23-də başa çatacaq. Qalib rapid və blitsdəki yekun nəticələrə əsasən bəlli olacaq.