Veteran cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək
Fərdi
- 23 fevral, 2023
- 15:59
Fevralın 24-də veteran cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək.
"Report" xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində gerçəkləşəcək yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda 100-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Ölkə çempionatının keçirilməsində əsas məqsəd usta cüdoçuların veteranlardan ibarət milli komandaya cəlb olunması ilə yanaşı, gənc nəsilə örnək olaraq sağlam həyat tərzinin təbliği, təcrübəli idmançıların bacarıqlarının reallaşdırılması və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.
Yarış saat 10:00-da başlayacaq.
Son xəbərlər
07:12
Şimali Koreya Yaponiyanı hərbi potensialını artırmaqda ittiham edib
Digər ölkələr06:46
Rusiya Zaporojyeyə zərbə endirib, beş nəfər həlak olub
Digər ölkələr06:25
Zukerberq süni intellektin mərkəzləşdirilməsindən imtina etməyə çağırıb
İKT05:52
Venesuela Kolumbiyaya xilasedicilər və humanitar yardım göndərir
Digər ölkələr05:23
WSJ: Tramp İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə tələsmir
Digər ölkələr04:49
Suriyadakı məxfi obyektdən çıxarılan nüvə materialları BAEA-ya təhvil veriləcək
Digər ölkələr04:18
Video
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8
Digər ölkələr03:48
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6300-ü keçib
Digər ölkələr03:16