Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri bu gün növbəti görüşlərini keçirəcəklər

Fərdi
  • 25 sentyabr, 2026
  • 09:15
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri bu gün növbəti görüşlərini keçirəcəklər

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.

"Report"un məlumatına görə, kişilərdən ibarət komanda IX turda Ermənitanla üz-üzə gələcək.

Qadınlar isə Çexiyadan olan rəqibləri ilə qarşılaşacaqlar.

8 turdan sonra kişilərdən ibarət kollektiv 13 xalla 5-ci, qadınlardan ibarət yığma isə 11 xalla 21-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.