Türkmənistanın güləş yığması Bakıya gəlib
- 15 fevral, 2018
- 12:18
Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanın güləş üzrə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn beynəlxalq turnirlərə və Avropa çempionatına hazırlıqları davam etdirirlər.
Federasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandaların toplanışı fevralın 5-dən başlayıb. Olimpiya Güləş Mərkəzindəki məşqlər fevralın 20-dək davam edəcək. Toplanışda Türkmənistan yığma komandasının üzvləri də iştirak edir.
Qadın güləşçilər isə hazırlığını Ukraynanın paytaxtı Kiyevdəki Konça Zaspa təlim-məşq bazasında davam etdirir. Fevralın 10-dan Ukraynaya yollanan xanım pəhləvanlar ayın 22-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək.
Sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların üzvləri təlim-məşq toplanışı başa çatdıqdan sonra 23-25 fevralda Ukrayna paytaxtında bu ölkənin görkəmli məşqçi və idmançılarının xatirəsinə həsr olunan 22-ci beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.
Important step towards peace between #Armenia and #Azerbaijan
— MFA Austria (@MFA_Austria) August 8, 2025
achieved in Washington today: We support the initialling of a peace agreement for the benefit of the whole region. stands ready to assist in next steps.https://t.co/ZfytigIU0q