Türkiyə Çövkən Federasiyasının prezidenti: "Azərbaycan III MDB Oyunlarına çox gözəl ev sahibliyi edir"
- 02 oktyabr, 2025
- 12:04

Azərbaycan III MDB Oyunlarına çox gözəl ev sahibliyi edir.
"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, bunu Türkiyə Çövkən Federasiyasının prezidenti Fatih Köşe jurnalistlərə açıqlamasında deyib.
O, çövkəni Türkiyədə yeni inkişaf etdirdiklərini söyləyib.
"Çövkən qədim türk oyunudur. Ortaq mədəni mirasdır və Azərbaycanda daim oynanılıb. Biz də Türkiyədə iki il əvvəl inkişaf etdirməyə başlamışıq. Azərbaycanla birlikdə inkişaf etməyə çalışırıq. III MDB Oyunlarına qatılmaq olduqca xoşdur. Bu həm də ölkələr arasında mədəni və diplomatik vasitədir".
O, azərbaycanlı azarkeşlərin dəstəyini müsbət qiymətləndirib:
"Azərbaycan yarışa çox gözəl ev sahibliyi edir. Özümüzü evimizdəki kimi hiss edirik. Buna görə azərbaycanlı azarkeşlərə təşəkkür edirik. Zövqlü oyunlarla hər birini sevindirmək istəyirik".
Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.