Turan Bayramov: "Səhvə yol verdiyim üçün qızıl medal qazana bilmədim"

Fərdi
  • 16 aprel, 2026
  • 18:28
Turan Bayramov: Səhvə yol verdiyim üçün qızıl medal qazana bilmədim

Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tibilisidə keçirilən Avropa çempionatında ümidləri doğruldub.

"Report"un Gürcüstana ezam olunan əməkdaşı xəbər verir ki, bunu idmançı özü jurnalistlərə açıqlamasında deyib.

O, bürünc medal qazandığı üçün sevincli olduğunu dilə gətirib:

"Bu gün sevincimin həddi yoxdur. Medalı özüm üçün uğurlu nəticə hesab edirəm. Əslində milliyə son anda dəvət aldım. Komanda yoldaşım Ruslan Paşayev zədələndiyi üçün heyətə dəvət aldım. Gürcüstan hər dəfə mənim üçün düşərli olur. Ötən dəfə burada "Böyük Dəbilqə" turnirində bürünc medal qazanmışdım. Əslində bu dəfə birinci yeri tuta bilərdim. Amma səhvə yol verdiyim üçün qızıl medal qazana bilmədim".

Qeyd edək ki, Turan Bayramov üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gəlib.