Tokio olimpiadasının Floridada keçirilməsi təklif olundu
Fərdi
- 26 yanvar, 2021
- 09:28
ABŞ-ın Florida ştatının Maliyyə Şöbəsinin direktoru Cimmi Patronis Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Baxa məktub yazıb.
"Report" yerli WFLA telekanalına istinadən xəbər verir ki, Patronis IOC prezidentinə bu il keçiriləcək Tokio-2020 Yay Olimpiya Oyunlarının yerini dəyişməyi təklif edib. O, yarışın Floridada təşkil oluna biləcəyini açıqlayıb.
"Sizdən Oyunların yerinin Tokiodan Floridaya dəyişdirilmə variantına baxmağınızı xahiş edirəm. İnkişaf etmiş hotel infrastrukturu və nəqliyyat şəbəkəsi, həmçinin idman qurğularının mövcudluğu belə bir tədbiri Floridada keçirməyə imkan verir", - məktubda qeyd olunub.
Qeyd edək ki, "Tokio-2020" bu il 23 iyul - 8 avqusta təxirə salınıb.
Son xəbərlər
17:03
Fransa millisinin müdafiəçisi Maksans Lakrua karyerasını "Çelsi"də davam etdirəcək
Futbol17:02
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 % artıb
Maliyyə17:01
Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
Daxili siyasət16:47
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Digər ölkələr16:46
Rodriqes: Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 589 nəfərə çatıb - YENİLƏNİB
Digər ölkələr16:41
Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
Xarici siyasət16:25
SEPAH Hörmüz boğazını keçməyə çalışan üç xarici tankeri geri qaytarıb
Region16:16
Foto
Qusarda 297 cüdoçu kəmər dərəcələri üzrə imtahan verib
Fərdi16:14