Tokio-2020: Azərbaycan triatlonçusu lisenziya qazandı
Fərdi
- 16 iyun, 2021
- 09:26
Azərbaycan tarixində ikinci dəfə Yay Olimpiya Oyunlarında triatlonda təmsil olunacaq.
"Report"un məlumatına görə, milli komandanın üzvü Rostislav Pevtsov Tokio-2020-də iştirak hüququna yiyələnib.
Olimpiya reytinqində 46-ci olan idmançı lisenziyanı təmin edib.
Yekun olimpiya təsnifat reytinqində xalların hesablanması triatlonçuların olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı beynəlxalq turnirin nəticələrinə görə toplanıb və buna əsasən müəyyənləşdirilib.
Pevtsov 12 may 2018 - 14 iyun 2021 və 4 yanvar 2021 - 15 iyun 2021 tarixlərini əhatə edən olimpiya təsnifat dövründə ümumilikdə 28 beynəlxalq turnirdə iştirak edib.
Son xəbərlər
23:24
İdman Arbitraj Məhkəməsi "Turan Tovuz"un müraciətini qəbul etməyib
Futbol23:22
DÇ-2026: Misir Belçika ilə oyunda hesabı açıb - YENİLƏNİR
Futbol23:11
Tramp: ABŞ İranla münaqişənin nizamlanmasından sonra diqqəti Ukraynaya yönəldə bilər
Digər ölkələr23:09
Luis de la Fuente: "Kabo Verde müdafiədə çox intizamlı çıxış etdi və işimizi çətinləşdirdi"
Futbol23:00
Tsitsi Biçikaşvili: Musiqi Azərbaycan və Gürcüstan xalqlarının dostluğunu daha da möhkəmləndirir
Mədəniyyət siyasəti22:47
Foto
Azərbaycanın gənc ifaçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər
Mədəniyyət siyasəti22:45
Ərdoğan BMT baş katibi ilə regionu müzakirə edib
Region22:33
Əraqçi: Livana hücumların dayandırılması memoranduma daxil edilib
Region22:22