Teymur Rəcəbov erməni şahmatçı ilə heç-heçə edib
Fərdi
- 27 dekabr, 2020
- 18:16
Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın ikinci günündə 4 qarşılaşma keçirib.
"Report" xəbər verir ki, Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakanura (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) ilə heç-heçə edən Teymur günün son matçında erməni Levon Aronyanla görüşüb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz yarım xalla kifayətlənib.
Rəcəbov xal hesabını 4,5-ə çatdıraraq 4-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə “səkkizlik”də qərarlaşanlar növbəti raunda adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.
Son xəbərlər
21:06
Qubada zəlzələ qeydə alınıb
Hadisə20:51
Lukaşenko hakimiyyətin onun övladlarına ötürüləcəyini iddia edənləri "axmaq" adlandırıb
Digər ölkələr20:48
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb
Elm və təhsil20:34
Böyük Britaniyada bir sutka ərzində ikinci qatar relsdən çıxıb
Digər ölkələr20:22
İsrail Qəzzanın cənubunda HƏMAS-ın bölük komandirini öldürüb
Digər ölkələr20:11
Dünya Bankı dağıdıcı zəlzələ ilə bağlı Kolumbiyaya 200 milyon dollar ayırıb
Digər ölkələr20:01
Bakıda yaşıllıqlara 39 min manatdan çox ziyan vurulub
Ekologiya19:51
Foto
Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq müzakirə olunub
Region19:35