Tennisçilər saxta vaksin sənədinə görə cəzalanacaqlar
Fərdi
- 22 noyabr, 2021
- 19:59
Peşəkar Tennisçilər Assosiasiyası (ATP) saxta COVID-19 sənədi təqdim edən oyunçuları cəzalandıracaq.
"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, idmançılar vaksin məlumatlarının saxtalaşdırılmasına görə 100 min dollar cərimə ediləcək və ya qurumun bayrağı altında keçirilən yarışlardan 3 ilədək kənarlaşdırılacaqlar.
Bildirilib ki, bu, yalnız peyvəndin məcburi olduğu ölkələrdəki yarışlara aiddir.
Qeyd edək ki, daha əvvəl "Australian Open" turnirinin direktoru Kreyq Tayli "Nine Network" telekanalına müsahibəsində yarışda iştirak etmək istəyən tennisçilərdən peyvənd sənədi tələb olunacağını söyləyib. Turnir 2022-ci il yanvarın 17-dən 30-dək Melburnda keçiriləcək.
Son xəbərlər
07:40
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:22
Bu gün Abşeron və Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika07:02
Xocavənd sakini: İllərdir yurdumuza qayıdacağımız bu günü gözləyirdik
Daxili siyasət06:30
Foto
Xocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salınıb
Daxili siyasət06:27
Keçmiş məcburi köçkün: Çox sevinirəm ki, doğma yurduma qayıdıram
Daxili siyasət06:12
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib
Digər ölkələr05:41
"The Telegraph": İngiltərə Şotlandiyaya qarşı "viski müharibəsi"nə başlayıb
Digər ölkələr05:07
NATO qırıcı təyyarəsi Litva səmasında dronu vurub
Digər ölkələr04:38