Tayvan idmançısı Çin formasını geyindiyi üçün cəzalanacaq
Fərdi
- 21 fevral, 2022
- 12:15
Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edən Tayvanın qadın konkisürəni Xuan Yuytin cəzalanacaq.
"Report" "eurosport.de" nəşrinə istinadən xəbər verir ki, buna 34 yaşlı idmançının yarışdan əvvəl məşqə Çin formasını xatırladan kostyumda çıxması səbəb olub.
Yuytin çinli dostlarından hədiyyə aldığı formanı geyinib və məşqdən fotosunu sosial şəbəkədə yayımlayıb. Onun hərəkəti Tayvanda narazılığa səbəb olub.
Ölkənin baş naziri Su Çjençan idmançıya qarşı araşdırma aparılmasına göstəriş verib. Çjençan bununla bağlı Təhsil - İdman Komitəsinə də müraciət edib. Konkisürən tənqidlərdən sonra həmin fotonu silib.
Son xəbərlər
22:09
Tramp İranla razılaşma əldə olunması perspektivlərini şərh edib
Digər ölkələr21:45
Quraqlıq səbəbindən Elba çayında "aclıq daşları" üzə çıxıb
Digər ölkələr21:20
Foto
Azərbaycan cüdoçuları Almatıda təlim-məşq toplanışında iştirak edir
Fərdi21:14
Foto
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurublar
Fərdi21:13
Türkiyədə meşə yanğınları ilə bağlı 9 nəfər həbs edilib
Region21:04
Bakıda 11 marşrutun dayanacaqlarda hərəkəti müvəqqəti dəyişdiriləcək
İnfrastruktur21:04
Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur20:46
Vuçiç Avropanın genişmiqyaslı müharibə astanasında olduğunu bildirib
Digər ölkələr20:33