Sotomayor: "Hakimlər mənə haqsızlıq etdilər"
Fərdi
- 21 avqust, 2016
- 19:42
Bakı. 21 avqust. REPORT.AZ/ "Hakimlər mənə haqsızlıq etdilər. Mən çempion idim. Hər 3 raundda rəqibi döysəm də, bacardığım qədər döyüşsəm də, qərar mənim əleyhimə oldu".
"Report"un məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında Rio-2016-nın boks üzrə gümüş mükafatçısı Lorenso Sotomayor deyib.
O bildirib ki, həlledici görüşdə özbəkistanlı Fazliddin Qaibnazarovla görüşdə haqsızlıqla üzləşib:
"Sonuncu raundda əmin idim ki, qalib gəlmişəm. Amma hakim mənə qarşı haqsızlıq etdi. Qızıl medal qazanmaq istəyirdim. Həqiqətən də hakim mənə qarşı ədalətsizlik etdi".
Azərbaycanı çox sevdiyini deyən kubalı legioner fikirlərini "Bu ölkə mənim evimdir" sözləri ilə yekunlaşdırıb.
Son xəbərlər
00:55
Deputat: Azərbaycan və Özbəkistan münasibətləri bütün dünya üçün əməkdaşlıq nümunəsi ola bilər
Xarici siyasət00:27
Foto
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Xarici siyasət00:07
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Xarici siyasət00:00
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Xarici siyasət23:56
"Exit-poll": Qazaxıstan parlamentinə beş partiya daxil olur
Region23:54
Foto
Video
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
Xarici siyasət23:25
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət siyasəti23:18
Foto
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub
Xarici siyasət23:05