Şəhriyar Məmmədyarovun Dünya Kubokunun 1/4 finalındakı rəqibi müəyyənləşib
Fərdi
- 22 sentyabr, 2015
- 13:45
Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/4 final mərhələsində iştirak edəcək Şəhriyar Məmmədyarovun rəqibi müəyyənləşib. "Report"un məlumatına görə, azərbaycanlı qrossmeyster rusiyalı Sergey Karyakinlə üz-üzə gələcək.
Ş.Məmmədyarov 1/8 finalda ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edib. S.Karyakin isə bu mərhələdə həmyerlisi Dmitri Andreykindən üstün olub.
1/4 final mərhələsinin oyunları sentyabrın 23-24-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycan şahmatçılarından Eltac Səfərli və Vasif Durarbəyli ilk mərhələdə, Rauf Məmmədov 1/32, Qədir Hüseynov və Teymur Rəcəbov isə 1/16 final mərhələsində mübarizəni dayandırıb.
Son xəbərlər
13:08
Məmmədəli Mehdiyev: "Dünya çempionatına yalnız qızıl medal üçün getmişdim"
Fərdi13:05
Foto
Ramana Qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb
Mədəniyyət siyasəti12:45
Foto
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər
Din12:44
Ella Pamfilova: "Vahid Rusiya" Dövlət Dumasında 355 yer alacaq
Region12:38
IFC "Bank Respublika"da uzunmüddətli investor olmaq niyyətindədir
Maliyyə12:36
Gürcüstanın Azərbaycandan mal idxalı 23 % artıb
Biznes12:30
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İnfrastruktur12:29
UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub
Futbol12:22