Şəhriyar Məmmədyarovun beynəlxalq turnirdəki rəqibləri müəyyənləşib
Fərdi
- 13 aprel, 2022
- 18:18
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic" turnirindəki rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək yarışda ümumilikdə 10 qrossmeyster iştirak edəcək. Turnirdə Məmmədyarovla yanaşı, Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Levon Aronyan, Fabiano Karuana, Uesli So, Leyner Dominges (hamısı ABŞ), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan) və Boqdan Danyel-Dyak (Rumıniya) qüvvəsini sınayacaq.
4 - 14 mayda dairəvi sistemlə keçiriləcək turnirin ümumi mükafat fondu 350 000 ABŞ dolları təşkil edir.
Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.
Son xəbərlər
00:54
Foto
Video
Sumqayıtda altı avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə00:42
Tramp: ABŞ tezliklə Hörmüz boğazını öz ərazisi elan edə bilər
Digər ölkələr00:15
ABŞ sanksiyaları Kubaya təzyiq göstərməyin əsası kimi nəzərdən keçirir
Digər ölkələr23:57
Nardaranda ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmayıb - YENİLƏNİB
Hadisə23:51
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər
Digər ölkələr23:34
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
Region23:29
Qazaxıstan və Avstriya neft tədarükünün sabitliyini müzakirə ediblər
Region23:11
Husilər Moha limanına raketlər, dronlar və qayıqlarla hücum edib
Digər ölkələr22:58
Foto