Şəhriyar Məmmədyarov yeni ildə ilk qələbəsini qazanıb
Fərdi
- 21 yanvar, 2016
- 20:01
Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında ilk qələbəsini qazanıb. "Report"un məlumatına görə, 31 yaşlı zəka sahibi bu uğura V turda nail olub.
Ağ fiqurlarla oynayan Məmmədyarov ingiltərəli Maykl Adamsı 50-ci gedişdə məğlubiyyətə uğradıb. Bu qələbə sayəsində azərbaycanlı qrossmeyster xallarını 2,5-ə çatdıraraq, 7-ci pilləyə yüksəlib. Turnir cədvəlinə isə hərəyə 3,5 xala malik Fabiano Karuana (ABŞ) ilə Din Lijen (Çin) başçılıq edir.
Qeyd edək ki, növbəti turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Giri ilə üz-üzə gələcək. 14 şahmatçının yarışdığı və 13 turdan ibarət turnirə yanvarın 31-də yekun vurulacaq.
Son xəbərlər
09:49
"Roma" Endriki heyətinə qatmaq istəyir
Futbol09:37
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
Energetika09:37
Filippin sahillərində 6,3 maqnitudalı zəlzələ olub
Digər ölkələr09:24
Foto
Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
İnfrastruktur09:16
"Sabahın Ulduzları" yarışında "Şəfa"nı "Rekord" klubu əvəz edəcək
Futbol09:07
UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq
Futbol09:02
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.08.2026)
Maliyyə08:54
Tramp: İranla danışıqların nəticəsi yaxın 48 saat ərzində məlum olacaq
Digər ölkələr08:54