Şəhriyar Məmmədyarov "ShamkirChess 2018"də ilk məğlubiyyətlə üzləşib

Fərdi
  • 22 aprel, 2018
  • 19:36
Şəhriyar Məmmədyarov ShamkirChess 2018də ilk məğlubiyyətlə üzləşib

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün IV turun qarşılaşmaları oynanılıb.

"Report"un məlumatına görə, 5 görüşdən 3-ü Azərbaycan şahmatçılarının iştirakı ilə baş tutub.

Teymur Rəcəbov ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Görüş 19-cu gedişdə heç-heçə ilə yekunlaşıb. Eyni nəticə daha 3 görüşdə, o cümlədən, Rauf Məmmədovun polşalı Radoslav Voytaşeklə oyununda qeydə alınıb.

Əvəzində Şəhriyar Məmmədyarov qara fiqurlarla bolqar Veselin Topalova uduzub.

Turun nəticələri:

Sergey Karyakin (Rusiya) - David Navara (Çexiya) - 0,5:0,5

Aniş Giri (Hollandiya) - Dinq Liren (Çin) - 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0

Radoslav Voytaşek (Polşa) - Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5

İlk 4 turdan sonra Veselin Topalov 2,5 xalla liderdir. Bu tur da heç-heçəyə imza atmış 8 şahmatçı 2 xalla 2 - 9-cu yerləri bölüşürlər. Şəhriyar Məmmədyarov isə 1,5 xalla sonuncu pillədə qərarlaşıb.