Şəhriyar Məmmədyarov bu gün polşalı şahmatçı ilə üz-üzə gələcək
Fərdi
- 25 aprel, 2022
- 05:59
Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində növbəti görüşünü keçirəcək.
"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın dördüncü turunda polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gələcək.
Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya və kanadalı Erik Hansenə uduzub.
Təcrübəli şahmatçı hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Ondan əvvəlki sıralarda yer alan niderlandlı Yorden van Forrest, Hansen və Kuanq Lye də eyni xalı toplayıb. Duda isə 5 xalla 3-cü yerdədir.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
Son xəbərlər
01:36
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
Digər ölkələr01:03
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
Hadisə00:55
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir
Region00:24
Qahirədə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Digər ölkələr23:48
Britaniyada meşə yanğınlarında 10 nəfər xəsarət alıb
Digər ölkələr23:15
İtaliyada döyüş sursatı istehsalı zavodunda partlayış baş verib
Digər ölkələr22:54
UEFA Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşib
Futbol22:50
Video
Murad Məmmədov Avropa Liqası matçında "Pafos"un heyətində ilk qolunu vurub
Futbol22:49