Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə iştirak edəcək
Fərdi
- 27 mart, 2023
- 08:48
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Özbəkistanda keçiriləcək rapid üzrə beynəlxalq turnirdə iştirak edəcək.
Federasiyadan "Report"a verilən məlumata görə, 38 yaşlı qrossmeyster bu gün sözügedən ölkəyə yollanıb.
Yarışda Məmmədyarovla yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattarov və Rüstəm Kasımjanov (hər ikisi Özbəkistan) kimi tanınmış şahmatçılar iştirak edəcəklər.
Turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının Birinci vitse-prezidenti Faiq Həsənov olacaq.
Qeyd edək ki, üç gün davam edəcək yarışın mükafat fondu 50 min ABŞ dollarıdır.
Son xəbərlər
16:16
"Yay Fest 2026" çərçivəsində Şuşa fləşmobu keçirilib
Mədəniyyət siyasəti16:14
Turistlər Azərbaycanda ən çox nədən narazıdırlar? - ARAŞDIRMA
Turizm16:13
BTQ: BMT Hindistan kəşfiyyatının Kanadada Siqh liderinə qarşı sui-qəsd planlarını ifşa edib
Xarici siyasət16:13
Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı addımlar qlobal çağırışlara uyğundur - RƏY
Daxili siyasət16:10
Fariz Yusifov: "Sarı vərəqə limitinin artırılması futbolçularda məsuliyyətsizlik yarada bilər"
Futbol16:01
Şirvan kanalının Göyçaydakı sızma baş vermiş hissəsində bənd bərpa edilib
İnfrastruktur15:58
Sumqayıt Sənaye Parkında xüsusi növ faneralar istehsal ediləcək
Sənaye15:57
Azərbaycan II Liqasında 2026/2027 mövsümünün püşkü atılıb
Futbol15:54