Şəfəq Hüseynli: "Dopinq-test laboratoriyasının yaradılması yaxşı olardı"

Fərdi
  • 20 iyul, 2022
  • 09:28
Şəfəq Hüseynli: Dopinq-test laboratoriyasının yaradılması yaxşı olardı
Şəfəq Hüseynli

Andopinq laboratoriyasının yaradılması üçün 10 milyonlarla pul vəsaiti lazımdır.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli "Antidopinq əleyhinə maarifləndirmə mövzusunda medianın rolu" adlı tədbirdə açıqlama verib.

Hüseynli bildirib ki, bu, uzunmüddətli prosesdir: "Laboratoriya yaratdıqdan sonra WADA (Ümumdünya Antidopinq Agentliyi - red.) onlara akkreditasiya verilməlidir ki, test analizi aparmaq imkanı olsun. Belə laboratoriyalar müstəqil olmalı və milli antidopinq agentlikləri ilə heç bir bağlılığı olmamalıdır. Ancaq Azərbaycanda da belə bir laboratoriyanın olması yaxşı olardı".

Qeyd edək ki, AMADA dopinq test analizlərini WADA-nın akkreditasiyadan keçmiş Kölndəki laboratoriyasına göndərir. Avropada bir neçə belə laboratoriya olsa da, bəzilərinin akkreditasiyası yoxdur.

44 - Tezliklə