Şahin Mövsümov yenidən ARKOF prezidenti seçilib, İcraiyyə Komitəsinin üzvləri məlum olub

Fərdi
  • 15 aprel, 2022
  • 08:59
Şahin Mövsümov yenidən ARKOF prezidenti seçilib, İcraiyyə Komitəsinin üzvləri məlum olub

Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) ümumi yığıncağı keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Yığıncaqda ARKOF-un son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, federasiya rəhbərliyinə seçkilər keçirilib.

Şahin Mövsümov yenidən federasiyanın prezidenti seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər.

Tədbirin sonunda Ş.Mövsümov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

12:35

Azərbaycan Kamandan Oxatma Federasiyasının hesabat-seçki konfransı keçirilib.

"Report"un məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında gerçəkləşən tədbirdə quruma prezident seçkisi baş tutub.

Şahin Mövsümov yenidən federasiyanın rəhbəri seçilib. O, 2007-ci ildən quruma başçılıq edir.