Rusiyanın idman nazirinin müavini: "III MDB Oyunlarının təşkilatçılığı möhtəşəmdir"

Fərdi
  • 01 oktyabr, 2025
  • 15:13
Rusiyanın idman nazirinin müavini: III MDB Oyunlarının təşkilatçılığı möhtəşəmdir

Azərbaycanda keçirilən III MDB Oyunlarının təşkilatçılığı möhtəşəmdir.

"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, bunu Rusiyanın idman nazirinin müavini Aleksey Morozov jurnalistlərə açıqlamasında deyib.

O, xüsusən də açılış mərasiminin hamını təəccübləndirdiyini bildirib:

"Əsas nümayəndələrimiz sentyabrın 28-də III MDB Oyunlarının açılışına gəldilər. Buradakı qəbul, təşkilatçılıq və bizi necə qarşıladıqlarını görüb heyrətə gəldik. Hər şey dəqiqdir, nəqliyyat yaxşı işləyir, idmançılar, məşqçilər əla otellərdə yerləşdiriliblər, yemək möhtəşəmdir. Açılış mərasimi hamını təəccübləndirdi. Biz bu barədə çox danışdıq, təəssüratlarımızı bölüşdük. Saat yarım ərzində həm mədəni hissə, həm Azərbaycanın tarixi, inkişafı, həm də müasirliyi əhatə olundu. Çox rəngli, müasir, hətta deyərdim ki, innovativ alındı. Hamının çox xoşuna gəldi. Qəbul və təşkilatçılıq möhtəşəmdir, bizim ən yaxşı, ən isti hisslərimiz buradadır".

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti