Rusiyalı idmançı: "Azərbaycandan olan rəqiblər çox layiqli mübarizə apardılar"
- 28 sentyabr, 2025
- 17:52
Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunları çərçivəsində keçirilən qarışıq qoşa yarışın yarımfinalında layiqli mübarizə aparıblar.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, bunu Rusiya yığmasının üzvü Amina İlimbetova jurnalistlərə açıqlamasında bildirib.
O, Azərbaycan stolüstü tennisçilərinin güclü olduqlarını vurğulayıb:
"Matç kifayət qədər çətin keçdi. Üçüncü setdə hesabda geridə idik. Çatmaq çox çətin idi, amma özümüzü toparladıq. Azərbaycandan olan rəqiblər çox layiqli mübarizə apardılar, güclü oynayırlar".
O, III MDB Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:
"Azərbaycanda hər şey çox xoşuma gəlir. Mehriban xalqdır, yaxşı təşkilatçılıq var, hər şey əla keçir".
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Rusiyaya məğlub olaraq mübarizəni dayandırıb. Stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.