Rusiyalı Avropa və dünya çempionu Matvey Kanikovski yarışlardan kənarlaşdırılıb

Fərdi
  • 30 sentyabr, 2026
  • 14:47
Rusiyalı Avropa və dünya çempionu Matvey Kanikovski yarışlardan kənarlaşdırılıb

Beynəlxalq Test Agentliyi rusiyalı cüdoçu Matvey Kanikovskinin yarışlarda iştirakını müvəqqəti dayandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, 24 yaşlı idmançıdan martın 15-də götürülmüş nümunədə qadağan olunmuş maddə aşkarlanıb.

Xatırladaq ki, 100 kq çəki dərəcəsində çıxış edən Matvey Kanikovski 2025-ci ildə dünya, 2024-cü ildə Avropa çempionatında qızıl medal qazanıb.

44 - Tezliklə