Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Fərdi
  • 09 noyabr, 2022
  • 07:53
Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Dünya Boks Şurası (WBC) Rusiya və Belarus idmançılarını reytinqlərdən kənarlaşdıracaq.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə WBC-in prezidenti Maurisio Süleyman qurumun Meksikanın Akapulko şəhərində keçirilən Konqresində açıqlama verib.

Funksioner bildirib ki, sözügedən ölkələrdə döyüşlərə sanksiya qoyulmayacaq, amma onların vətəndaşları WBC titulları uğrunda yarışlarda iştirak edə bilməyəcəklər: "İdmançılara, Rusiya və Belarusdan olan promouterlərə, eləcə də, boks ictimaiyyətinin üzvlərinə dərin təəssüfümü bildirirəm".

Onun sözlərinə görə, Rusiya və Belarus boksçuları vəziyyətdən asılı olaraq, qərara yenidən baxılması üçün müraciət edə bilərlər.