Rio-2016: Rövşən Bayramov bürünc medal qazana bilməyib
Fərdi
- 14 avqust, 2016
- 20:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rövşən Bayramov bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 59 kq çəki dərəcəsində çıxış edən 29 yaşlı pəhləvanın rəqibi norveçli Stiq-Andre Berge olub.
İlk hissədə tərəflərdən heç biri xal qazana bilməyib. İkinci hissədə Berge passiv güləşdiyi üçün Bayramov 1 xal qazanıb. Lakin hissənin sonlarında norveçli güləşçi 1 xal qazanıb. Məhz rəqibi sonda xal aldığı üçün azərbaycanlı pəhləvan görüşü məğlub başa vuraraq, "Rio-2016"da 5-ci yeri tutub.
Qeyd edək ki, Rövşən Bayramov bunadək 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Son xəbərlər
16:17
Foto
Azərbaycan kikboksçuları dünya çempionatında 16 medal qazanıblar
Fərdi16:11
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya16:08
Ermənistan və Aİ əməkdaşlıq məsələlərini və Azərbaycanla sülh prosesini müzakirə edib
Region16:08
Foto
Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunur
Maliyyə16:03
II Qareginin qardaşını və qardaşı oğlunu azad edən hakimə qarşı icraat başladılıb
Region15:55
Ayan Qəmbərova: "Beynəlxalq əməkdaşlıq qiymətləndirmə sektorunun inkişafına yeni imkanlar açır"
İnfrastruktur15:50
Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsinə böyükhesablı məğlubiyyətlə başlayıb
Futbol15:45
Video
Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
Digər ölkələr15:40